7 C
Baku
Monday, March 3, 2025

Zelenski ABŞ-nin Ukraynaya yardımı dayandıracağına inanmır

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla Oval ofisdəki mübahisəsindən sonra münasibətləri düzəltməyin mümkünlüyünə inanır.

Bu barədə Zelenski London Sammitindən sonra jurnalistlərə bildirib.

Zelenski danışıqların bağlı qapılar arxasında davam etdirilməsinin vacibliyini vurğulayıb.

“ABŞ-nin Ukraynaya yardımı dayandıracağına inanmıram. Çünki Tramp Vladimir Putinə kömək etmək istəmir”, – deyə Ukrayna prezidenti qeyd edib.

Bununla belə, o, gözlənilən bütün çağırışlara hazır olacağını vurğulayıb.

Zelenski Ukraynanın yeraltı sərvətlərinin istismarı üçün ABŞ ilə müqavilə imzalamağa hazır olduğunu bir daha bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər