17 C
Baku
Sunday, May 19, 2024

Zelenski Afrika dövlətlərinin sülh missiyasını qəbul etməyə hazırdır

Ukrayna Prezidenti Vladimir Zelenski Afrika dövlətlərinin sülh missiyasını ölkəsində qəbul etməyə və onların təkliflərini dinləməyə hazırdır.

Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov bu barədə məlumat verib.

Nikiforov həmçinin əlavə edib ki, Zelenski Afrika missiyasını Ukraynanın “sülh formulu”nun reallaşdırılmasına qoşulmağa dəvət edəcək.

Qeyd edək ki, CAR-ın Beynəlxalq Əlaqələr və Qarşılıqlı Əməkdaşlıq Departamentinin baş direktoru Zane Danqor Afrika dövlətlərinin sülh missiyasının Ukrayna böhranının həlli yollarını müzakirə etmək üçün Moskva və Kiyevə səfərinin iyunun əvvəlinə planlaşdırıldığını bildirib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər