11 C
Baku
Tuesday, November 26, 2024

Zelenski: “Aİ-də olmağa layiqik və heç nə vəd etməyimizə ehtiyac yoxdur”

Avropa İttifaqı (Aİ) Ukraynanın Aİ-yə üzvlüyünü açıq şəkildə bəyan etməlidir.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

“Hesab edirik ki, biz Avropa İttifaqında olmağa layiqik və heç nə vəd etməyimizə ehtiyac yoxdur. Bizi konkret olaraq dəstəkləmək lazımdır”, – dövlət başçısı deyib.

Zelenskinin sözlərinə görə, hər hansı səbəblərdən, tarixlərdən danışmağa lüzum yoxdur. “Buna ehtiyac yoxdur. Heç kimə maraqlı deyil. Biz bu gün müharibədəyik və dünyaya verdiyimiz bütün sualların cavabını bu gün eşitmək istəyirik. Əgər NATO “yox” deyirsə, deməli eşidirik. Əgər Aİ “hə” deyirsə, onda bunu hamıya konkret deməliyik, diplomatiyanın damcıları arasında tarazlığı saxlamamalıyıq, çünki siz tamamilə yağışın altında qalacaqsınız”, – Zelenski vurğulayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər