Danimarkanın Ukraynanın paytaxtındakı səfirliyi işini bərpa edir və bu, artıq ölkəmizə qayıdan 29-cu xarici nümayəndəlik olub.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Dövlət başçısı qeyd edib ki, mayın 2-də Kiyevdə Danimarkanın xarici işlər naziri ilə görüşü olub.
“Biz ikitərəfli münasibətlərimizin bütün məsələlərini, ilk növbədə müdafiə, maliyyə və siyasi əməkdaşlığı müzakirə etdik. Danimarkanın Baş naziri ilə danışıqlarda əldə olunmuş razılaşmaların həyata keçirilməsində irəliləyiş görürəm. Minnətdaram. Yaxşı siqnallar aldım”, – Zelenski bildirib.
Prezident həmçinin Danimarka hökumətinin başçısı ilə Ukraynanın müharibədən sonra bərpası və Avropaya inteqrasiya proseslərinə dəstək planlarını müzakirə edib.