15 C
Baku
Thursday, September 19, 2024

Zelenski: “Avropada iştirakımız üçün tarixi qərarlar hazırlayırıq”

Kiyev Ukrayna-Avropa İttifaqı (Aİ) sammitini keçirməyə hazırlaşır və bu, ölkənin Aİ-yə üzvlüyündə irəliləməsinə kömək edəcək.

Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığından sonra bildirib.

Ukrayna liderinin sözlərinə görə, əsas mövzu Ukraynanın Avropa İttifaqından maliyyə dəstəyi olub.

“Biz Avropa İttifaqına gedən yolda dövlətimizin institusional güclənməsinə hazırlaşırıq. Tezliklə bununla bağlı mühüm xəbərlər ola bilər. Biz Avropada iştirakımız üçün bəzi tarixi qərarlar hazırlayırıq”, – deyə Zelenski vurğulayıb.

Zelenski Kiyevin hansı tarixi qərarlar hazırladığını açıqlamayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər