18 C
Baku
Thursday, April 18, 2024

Zelenski Avropanı 8 mlrd. avroluq yardımı “süni şəkildə gecikdirməkdə” günahlandırıb

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Avropa İttifaqı (Aİ) Kiyevə 8 milyard avro məbləğində makromaliyyə yardımını süni şəkildə gecikdirir. Dövlət başçısının sözlərinə görə, Avropanın ləngliyi ya cinayətdir, ya da səhvdir və “genişmiqyaslı müharibə şəraitində hansının daha pis olduğunu söyləmək çətindir”. Zelenski Aİ-ni ukraynalıları bürokratiyanın və ya bəzi Avropa liderlərinin qərarsızlığının girovuna çevirməməyə çağırıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Ölkə lideri maliyyə yardımının ödənilməsini hansı ölkənin gecikdirdiyini dəqiqləşdirməyib. Zelenski bunun düzəldiləcək bir səhv olduğuna inandığını söyləyib.

2022-ci ilin mayında Avropa Komissiyası Kiyevə makromaliyyə dəstəyi olaraq 9 milyard avroya qədər vəsait göndərməyi təklif edib. İyul ayında İtaliyanın “Corriere della Sera” qəzeti Almaniyanın Ukraynaya çox milyard dollarlıq yardım paketinin qarşısını aldığını yazıb. Ölkənin Maliyyə Nazirliyi AK-nin koronavirus pandemiyası zamanı olduğu kimi Avropanın ümumi borcundan pul ayırmaq niyyətini təsdiqləməyib.

Nəticədə, Aİ icmanın iqtisadiyyatındakı ciddi problemlər səbəbindən yardım paketini 1 milyard avroya endirmək qərarına gəlib. Ukrayna hər şeydə Almaniyanı günahlandırıb.

Son xəbərlər
Digər xəbərlər