16 C
Baku
Wednesday, October 30, 2024

Zelenski Bəşər Əsədə 10 il müddətinə sanksiya tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenski Suriyadakı rejimin başçısı Bəşşar Hafiz Əl-Əsədə 10 il müddətinə fərdi sanksiya tətbiq edib.

Uyğun sərəncam Ukrayna Prezidentinin saytında yayılıb.

Məlumata görə, Zelenski Əsədlə yanaşı, Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı ilə 300 fiziki və 141 hüquqi şəxsə sanksiya tətbiq edib. Bildirilib ki, onların 3-ü Suriya, 7-si İran və qalanları isə Rusiya vətəndaşlarıdır.

Bundan başqa, Suriyanın Baş naziri Hüseyn Arnus və ölkənin xarici işlər naziri Feysal əl-Mikdad da sanksiya tətbiq olunanlar siyahısındadır.

Qeyd edək ki, martın 14-də Bəşşar Əsəd Moskvaya səfəri zamanı Rusiyanın ilhaq etdiyi Ukrayna vilayətlərini federasiyanın əraziləri olaraq tanıyıb.

Son xəbərlər
Digər xəbərlər