31 C
Baku
Saturday, July 20, 2024

Zelenski Baş Qərargahı toplayıb

Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Silahlı Qüvvələrin Baş Qərargahının iclası keçirilib.

Bunu dövlət başçısı teleqramda yazıb.

İclas iştirakçıları cəbhə xəttindəki hazırkı durumu müzakirə ediblər. Həmçinin torpaqların işğaldan azad edilməsi ilə bağlı görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Toplantı zamanı eləcə də Rusiyaya raket hücumları nəticəsində yaranan dağıntıların aradan qaldırılması və mühüm infrastruktur obyektlərinin mühafizəsisi gündəmdə olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər