22 C
Baku
Cümə axşamı, May 26, 2022

Zelenski Baydendən Rusiyanı terroru maliyyələşdirən ölkələr siyahısına salmağı xahiş edib

Ukrayna Prezidenti Vladimir Zelenski Amerika lideri Co Baydendən Rusiyanı terrorizmi dəstəkləyən ölkələrin siyahısına daxil edilməsini istəyib.

Bildirilir ki, Zelenski bu barədə həftənin əvvəlində Amerika lideri ilə telefon söhbəti zamanı bildirib.

Qəzetin məlumatına görə, Bayden, Zelenskinin bu müraciətinə müsbət reaksiya verməyib. Lakin Moskvaya təzyiqləri artırmaq üçün bütün işlərin davam etdiyini bildirib.

Terrorçuluğu maliyyələşdirən ölkələrin siyahısını Dövlət Departamenti tərtib edir. Vaşinqtonun fikrincə, bu siyahıya beynəlxalq terror aktlarını dəfələrlə dəstəkləmiş dövlətlər daxil ola bilər.

 

 

Son xəbərlər
Oxşar xəbərlər