Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 12-də ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.
Bu barədə “Bild” məlumat yayıb.
Bildirilib ki, o, Cozef Bayden və Konqresin hər iki palatasının nümayəndələri ilə danışıqlar aparacaq. Məlumata görə, V.Zelenski Ukraynaya yeni yardımın qarşısını alan Nümayəndələr Palatasının respublikaçı spikeri Mayk Consonla da görüşmək niyyətindədir.
Qeyd edək ki, Volodimir Zelenski dekabrın 11-də ABŞ-yə səfər edib. O, Vaşinqtonda keçirdiyi görüşlərdə yerli siyasətçilərə xəbərdarlıq edərək bildirib ki, Ukraynaya dəstəyi kəsmək, Kiyevin maliyyələşdirilməsində gecikmələr Rusiya Prezidenti Vladimir Putinin “arzusunun gerçəkləşməsidir”.
Ötən həftə ABŞ Konqresi Cozef Baydenin 61 milyard dolları Ukrayna üçün nəzərdə tutulan 106 milyard dollarlıq maliyyə paketini qəbul etməyib.