Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə telefonla danışıb.
Bu barədə Ukrayna lideri öz “Telegram” kanalında məlumat verib.
“Mən ABŞ prezidenti Co Baydenlə danışdım və ona Müstəqillik Günü münasibətilə təbriklərinə görə təşəkkür etdim”, – Zelenski bildirib.
O, ortaq dəyərləri qoruması baxımından Amerika Birləşmiş Ştatlarının Ukraynaya arxalana biləcəyindən danışıb.
Qeyd edək ki, 24 avqust Ukraynada Müstəqillik Gününü kimi qeyd edilir.