Ukrayna Prezidenti Volodimir Zelenski rus işğalçılarına qarşı mübarizə aparmaq üçün yeni hərbi birləşmənin – Beynəlxalq Legionun yaradılmasını elan edib.
Bu barədə müdafiə nazirinin müavini Anna Malyar öz Facebook səhifəsində yazıb.
Malyar qeyd edib: “Artıq Rusiya işğalçılarına qarşı müqavimətə və dünyanın təhlükəsizliyinin Putin rejimindən qorunmasına qoşulmaq istəyən xarici vətəndaşlardan bir neçə min müraciətimiz var”.