Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə vilayət administrasiyası rəhbərini vəzifəsindən azad edib.
Müvafiq sənədlər dövlət başçısının saytında dərc olunub.
Belə ki, sərəncamlara əsasən, Sergey Qayday Luqansk Vilayət Hərbi Administrasiyasının (VHA), Maksim Marçenko Odessa VHA-nın, Sergey Qamaliy isə Xmelnitski VHA-nın rəhbəri vəzifəsindən azad edilib.
Sənədlərin hər birində qeyd olunur ki, VHA rəhbərləri özləri vəzifədən azad olunmaq barədə ərizə təqdim edib.