Ukrayna Prezidenti Vladimir Zelenski ordunun bir sıra ərazilərdə irəlilədiyini elan edib.
Bu barədə Zelenski ənənəvi axşam videomüraciətində bildirib.
“Bu gün Donetsk vilayətində nəticəni təmin edən 103-cü Terod Müdafiə Briqadasının 63-cü batalyonunun əsgərlərinə təşəkkür etmək istərdim. Qəsəbə azad edildi. Lisiçansk – Seversk istiqamətində müəyyən yüksəkliklər tutulub”,- deyə Zelenski bildirib.
Onun sözlərinə görə, cənubda iki yaşayış məntəqəsi azad edilib.
Ukrayna mediasının yazdığına görə, Cənubda Xerson vilayətinin Vısokopolye kəndi azad edilib.