“Biz Rusiyaya birdəfəlik öyrədə bilərik ki, müharibəni seçən tərəf hər zaman uduzur”.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski Yunanıstan parlamentində çıxışı zamanı deyib.
“Rusiya avropalıların münasib enerjisiz qalması və enerji yoxsulluğunun qitədə yeni reallığa çevrilməsi üçün hər şeyi edir. Məhz Rusiya bir çox xalqlar üçün inflyasiya artımına səbəb olmaq üçün hər şeyi edir. Rusiya süni şəkildə büdcə kəsiri yaradıb. Keçən il Avropa qaz bazarında, indi isə o, qlobal ərzaq bazarında süni şəkildə kəsir yaratmaq üçün hər şeyi edir”, – Zelenski vurğulayıb.
Prezident həmçinin vurğulayıb ki, Ukraynaya silahlar, xüsusən də hava hücumundan müdafiə sistemləri, onlar üçün artilleriya sistemləri və mərmilər, həmçinin zirehli texnika lazımdır: “İndi biz qəhrəmanlarımızı xilas edə bilərik və düşmən rus ordusunu da Ukrayna torpaqlarımızdan uzaqlaşdıra bilərik. Biz Rusiyaya və istənilən digər potensial təcavüzkarlara birdəfəlik öyrədə bilərik ki, müharibəni seçən hər zaman uduzur”.