Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Baş katibi Antoniu Quterrişin ölkəyə səfər etmək istəyini rədd edib.
Buna Baş katibin Kazanda keçirilən BRICS sammitində iştirakı səbəb olub.
“Quterriş Kazandan sonra Ukraynaya gəlmək istəyirdi, lakin Prezident onun səfərini təsdiq etmədi. Buna görə də Quterriş burada olmayacaq”, – Ukrayna prezident administrasiyasındakı mənbə bildirib.
Ukrayna Xarici İşlər Nazirliyi Quterrişin Kazana səfərini tənqid edərək, onun iyunda Ukraynanın İsveçrədə təşkil etdiyi sülh sammitində iştirak etmədiyini xüsusi vurğulayıb. “Bu, sülh işinə töhfə verməyən səhv seçimdir. Bu, yalnız BMT-nin nüfuzuna xələl gətirir”, – qurumdan vurğulanıb.