28 C
Baku
Sunday, August 17, 2025

Zelenski Brüsseldə səfərdədir

Ukrayna prezidenti Volodimir Zelenski Avropa Komissiyasının Brüsseldəki mənzil-qərargahına gəlib və burada qurumun prezidenti Ursula Fon der Lyayen ilə görüşüb.

Görüşdən əvvəl onlar əl sıxaraq rəsmi şəkil çəkdiriblər.

Görüşdən sonra liderlərin mətbuata bəyanat verəcəyi gözlənilir.

Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov jurnalistlərə bildirib ki, Zelenski ilə Ursula Fon der Lyayen arasında görüşdən sonra mətbuat konfransı planlaşdırılıb.

Bundan sonra onlar “Könüllülər Koalisiyası”nın liderlərinin onlayn görüşündə iştirak edəcəklər.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər