22 C
Baku
Cümə axşamı, May 26, 2022

Zelenski Cənubi Koreyadan ağır texnika istəyib

“Cənubi Koreyanın Rusiya tanklarına, raketlərinə qarşı mübarizə aparacaq müxtəlif hərbi avadanlığı var, əgər siz bizə bu məsələdə yardım etsəniz, çox məmnun olarıq”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Koreya Respublikası parlamenti deputatları qarşısında videoformatda çıxışı zamanı bildirib.

“Ukraynanın müxtəlif hərbi texnika, o cümlədən tank və təyyarəyə ehtiyacı var. Cənubi Koreyanın Rusiya tanklarına, raketlərinə qarşı mübarizə aparacaq müxtəlif hərbi avadanlığı mövcuddur. Əgər siz bizə bu məsələdə yardım etsəniz, çox məmnun olarıq”, – o vurğulayıb.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər