-1 C
Baku
Sunday, December 15, 2024

Zelenski Çin vətəndaşları üçün vizasız rejim tətbiq etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Çin vətəndaşları üçün müvəqqəti olaraq vizasız rejimin tətbiq olunması ilə bağlı sərəncam imzalayıb.

Gazeta.ru bu barədə Ukrayna liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Sözügedən sənədin Ukrayna və Çin dövlətləri arasında dostluq münasibətlərinin inkişafı və turizm sahəsində ikitərəfli münasibətlərin aktivləşdirilməsi məqsədi daşıdığı vurğulanıb.

Qeyd edək ki, Çin vətəndaşları üçün vizasız rejim avqustun 1-dən 2021-ci ilin yanvar ayının 31-dək qüvvədədir.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər