Zelenski Çinin Rusiyaya silahla yardım etməyəcəyinə ümid edir

Ukrayna Çinin Rusiyaya silah və ya digər texnologiyalarla dəstək verməyəcəyini gözləyir.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliya KİV-ə müsahibəsində bildirib.

“Biz gözləyirik ki, Çin Rusiyaya silah tədarükçüsü olmayacaq və Rusiyaya silah və ya digər texnologiyalarla dəstək verməyəcək”, – dövlət başçısı deyib.

O qeyd edib ki, Çin lideri Si Cinpinlə söhbəti zamanı ölkəsinin prosesdən kənarda qalacağını və Rusiyaya silahla dəstək verməyəcəyini bildirib.

Son xəbərlər
Digər xəbərlər