“Ukrayna Rusiyanın təcavüzünə qarşı çıxmasa, geri çəkilsə, bütün qonşu dövlətlər təhlükə altında olacaq”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Danimarka parlamentində çıxışı zamanı deyib.
O, Ukraynanın müqavimətinin davam edəcəyini vurğulayıb: “Siz hamınız bunu görəcək, hiss edəcəksiniz”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.