“Ukraynadakı bütün binalar yenidən tikiləcək və heç bir xarabalıq qalmayacaq. Məqsədimiz budur”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında videomüraciəti zamanı deyib.
Onun sözlərinə görə, buna nail olmaq üçün rusiyalı məmurların və oliqarxların dondurulmuş aktivlərinin Ukraynanın bərpası ilə məşğul olacaq Kiyevə verilməsi zəruridir.
Zelenski bu halda Rusiyanın həqiqətən də məğlubiyyətlə üzləşəcəyinə əmin olduğunu bildirib.