Ukrayna Prezidenti Volodimir Zelenski dünya şirkətlərini Rusiya ilə əlaqələri kəsməyə çağırıb.
“RBK Ukraina” xəbər verir ki, o, bu barədə Cənubi Koreya parlamentində çıxışı zamanı deyib.
“Təkcə ayrı-ayrı dövlətlər deyil, həm də dünya şirkətləri Rusiya ilə bütün əlaqələri, ilk növbədə isə neft sahəsində əlaqələri kəsməlidir. Rusiya hələ də hiss etmir ki, dayanmaq lazımdır. Bu, o deməkdir ki, təkcə dövlət səviyyəsində deyil, daha çox iş görülməlidir. Rusiya banklarının qlobal maliyyə sistemləri ilə əlaqələri tamamilə qırılmalıdır”, – o bildirib.