13 C
Baku
Monday, May 20, 2024

Zelenski gələn ay Almaniyaya gedə bilər

Ukrayna prezidenti Volodimir Zelenski gələn ay Böyük Karl mükafatına layiq görüləcəyi Almaniyaya səfər edə bilər.

Bu barədə Almaniyanın “Bild” nəşri yazıb.

Bu mükafat ona Avropanın birləşməsinə verdiyi töhfəyə görə verilir. Qəzet yazır ki, bu il təkcə öz ölkələrini deyil, həm də Avropa və Avropa dəyərlərini qoruduqlarına görə Zelenski və Ukrayna xalqının mükafatlandırılması qərara alınıb.

Zelenskiyə mükafatın təqdimatı Böyük Karlın iqamətgahının olduğu Almaniyanın Axen şəhərində keçirilməlidir. Mərasimdə Almaniya kansleri Olaf Şolts da çıxış edəcək.

Səfər baş tutsa, bu, Zelenskinin müharibə başlayandan bəri Almaniyaya ilk səfəri olacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər