28 C
Baku
Saturday, July 27, 2024

Zelenski G7-nin iclasında iştirak edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Yeddilik (G7) ölkələrinin liderlərinin bazar günü keçiriləcək iclasında iştirak edəcək.

Məlumatın Almaniya hökuməti yayıb.

Bildirilib ki, Zelenski G7 ölkələrinin liderlərinin iclasında videokonfrans formatında iştirak edəcək.

“8 may Avropada dəhşətə, dağıntılara və ölümə səbəb olan İkinci Dünya müharibəsinin Avropada başa çatdığı tarixi gündür”, -deyə Almaniya hökumətinin mətbuat katibi müntəzəm mətbuat konfransında bildirib.

Vurğulayıb ki, Ukraynadakı müharibə fonunda G7 ölkələrinin birliyi daha vacibdir.

Qeyd edək ki, bu il G7-yə sədrliyi Almaniya edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər