2 C
Baku
Sunday, February 25, 2024

Zelenski G7 sammitində onlayn iştirak edəcək – Yenilənib

15:49

Ukrayna Prezidenti Vladimir Zelenski G7 liderlərinin Yaponiyada keçirilən görüşündə onlayn iştirak edəcək.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, bundan əvvəl Bloomberg də daxil olmaqla, bir neçə KİV dövlət başçısının G7 sammitinə şəxsən səfər edəcəyini yazmışdı.

***

09:17

Ukrayna prezidenti Vladimir Zelenski Yaponiyanın Xirosima şəhərində keçirilən Yeddilik Qrupunun (G7) sammitində şəxsən iştirak edəcək.

Bu barədə “Bloomberg“ mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilir ki, Yaponiya rəsmiləri daha əvvəl Zelenskinin görüşdə onlayn iştirakını elan ediblər.

Yaponiya 2023-cü ildə G7-yə sədrlik edir və mayın 19-dan 21-dək Xirosimada sammitini keçirir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər