13 C
Baku
Saturday, April 27, 2024

Zelenski ilə Consonun telefon danışığı oldu

Ukrayna Prezidenti Vladimir Zelenskinin Böyük Britaniyanın Baş naziri Boris Consonla telefon danışığı olub. Telefon söhbəti zamanı tərəflər enerji təhlükəsizliyi məsələlərini və Ukrayna ətrafında gərginliyin azaldılması istiqamətində atılacaq addımları müzakirə ediblər.

“Boris Consonla məhsuldar söhbətim oldu. Biz enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik. Ukrayna ətrafında vəziyyətin deeskalasiyası və Donbassda sülh yolu ilə nizamlanma üçün gələcək addımları əlaqələndirdik. Böyük Britaniyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə güclü və sarsılmaz dəstəyini yüksək qiymətləndirirəm”, – deyə Zelenski Tvitterdə yazıb.

Britaniya baş nazirinin ofisi bildirib ki, Zelenski və Conson telefon danışığı zamanı Ukraynanın Rusiya ilə sərhədindəki vəziyyətlə bağlı Rusiya Federasiyası ilə dialoqun zəruriliyi barədə razılığa gəliblər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər