Ukrayna Prezidenti Volodimir Zelenski ilə həftədə üç-dörd dəfə telefonla danışıram.
Bunu ABŞ Prezidenti Co Bayden jurnalistlərə açıqlamasında deyib.
Almaniya, İsrail, İspaniya və Səudiyyə Ərəbistanına səfər edəcəyini deyən Bayden Kiyevə gedib-getməyəcəyi barədə suala belə cavab verib:
“Bu, Ukrayna üçün əlavə çətinliklər yaradıb-yaratmayacağına, baş verənlərdən diqqəti yayındırmayacağına dair hallardan aslıdır. Mən Ukrayna Prezidenti Volodimir Zelenski ilə həftədə üç-dörd dəfə danışıram”.