Ukrayna Prezidenti Vladimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Bu barədə Zelenski “Twitter”də bildirib.
Söhbətin son dərəcə əhəmiyyətli və məhsuldar olduğunu deyən Zelenski fransalı həmkarı ilə Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı konkret qərarları müzakirə etdiyini qeyd edib.
Zelenski Makronla Ukraynanın dağılmış enerji infrastrukturunun bərpası üçün konkret təşəbbüslərə dair fikir mübadiləsi aparıb.
“Dostum, sarsılmaz dəstəyinizə görə təşəkkür edirəm”, – Zelenski qeyd edib.