1 C
Baku
Saturday, December 14, 2024

Zelenski ilə Makron Zaporojye AES-dəki vəziyyəti müzakirə ediblər

Avqustun 30-na keçən gecə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında protokoldan kənar telefon danışığı olub.

Bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

Söhbət zamanı iki ölkə liderləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) missiyasını, onun xronologiyasını, logistikasını və xüsusilə təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, MAQATE-nin baş direktoru Rafael Qrossi Kiyevə gəlib. Zelenskinin onunla da görüşəcəyi gözlənilir. MAQATE missiyasının Zaporojye AES-də keçiriləcəyi monitorinqini müzakirə edəcəklər.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər