Ukrayna Prezidenti Volodimir Zelenski və NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın Alyansa daxil olması üçün gələcək addımları müzakirə ediblər.
Bu barədə Zelenski tvitter hesabında yazıb.
“Mən strateji tərəfdaşlarımızla daimi təmasdayam. NATO-nun Baş katibi ilə telefon danışığım olub. Biz Ukraynanın Avro-Atlantik inteqrasiyası istiqamətində gələcək addımları razılaşdırdıq”, – deyə Zelenski qeyd edib.