Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.
Bunu V.Zelenski tviterdə yazıb.
Telefon danışığı zamanı G7 ölkələrinin iclasında Ukrayna liderinin çıxışı barədə razılığa gəlinib:
“Mən orada Rusiyanın terror aktları barədə danışacağam”, – V.Zelenski söyləyib.
V.Zelenski ilə Şolts, həmçinin Rusiyaya təzyiqin artırılması və Ukraynada yenidənqurma işləri barədə fikir mübadiləsi aparıblar.