21 C
Baku
Tuesday, June 24, 2025

Zelenski: “İldə 8 milyon dron istehsal edə bilərik, lakin maliyyə problemlərimiz var”

Ukrayna müdafiə sənayesi ildə 8 milyon dron istehsal edə bilər, lakin bunun üçün maliyyə çatışmır.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Haaqada keçirilən Müdafiə Sənayesi Forumunda çıxışı zamanı bildirib.

“Bizim müdafiə istehsalı potensialımız 35 milyard dollardan çoxdur. Bu, artilleriyadan tutmuş qabaqcıl dron vasitələrinə, raketlərə qədər təxminən 1000 hərbi vasitədir”, – prezident bildirib.

O, bütün potensialın təxminən 40 %-nin lazımi maliyyələşdirməyə malik olmadığını dəqiqləşdirib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər