27 C
Baku
Saturday, July 27, 2024

Zelenski: “İşğal nəticəsində 400-ə yaxın səhiyyə müəssisəsi dağıdılıb”

Rusiyanın Ukraynanı işğalı nəticəsində 400-ə yaxın səhiyyə müəssisəsi dağıdılıb və ya zədələnib.

Ukrayna Prezidenti Vladimir Zelenski video müraciətində belə deyib.

O bildirib ki, müharibənin həkimləri xərçənglə mübarizədə lazım olan tibbi vasitələrdən və cərrahi əməliyyat aparmaq imkanından məhrum edib.

Ukrayna Prezidenti, Ukraynanın şərqində və cənubundakı bir çox yerlərdə hətta antibiotiklərin belə çatışmadığını vurğulayıb.

Zelenski martın 9-da Mariupolda doğum xəstəxanasının tamamilə dağıdıldığını qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər