11 C
Baku
Sunday, November 17, 2024

Zelenski İstanbul Konvensiyasının ratifikasiyasını təsdiqlədi

Ukrayna Prezidenti Volodimir Zelenski “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması haqqında” İstanbul Konvensiyasının ratifikasiyası haqqında qanunu imzalayıb.

Bu barədə Zelenskinin rəsmi feysbuk səhifəsində məlumat verilib.

“İstanbul Konvensiyasının ratifikasiyası haqqında qanun. Onun əsas məzmunu sadə, lakin son dərəcə vacibdir. Bu, qadınları zorakılıqdan və müxtəlif ayrı-seçkilik formalarından qorumaq məcburiyyətidir. Biz Avropa dəyərlərini bölüşürük. Bizim üçün insan həyatı və sağlamlığı ən yüksək dəyərdir”, – paylaşımda deyilir.

Qeyd edək ki, İstanbul Konvensiyası qadınlara qarşı zorakılığın qarşısının alınmasını nəzərdə tutan ilk beynəlxalq hüquqi aktdır. Sənəd bu cür zorakılığın qurbanlarının müdafiəsi və günahkarların cəzalandırılması üçün tədbirləri əhatə edir.

Konvensiya qadınlara qarşı zorakılığı həm insan hüquqlarının pozulması, həm də ayrı-seçkiliyin bir forması kimi tanıyır. Konvensiya sənədi imzalayanları stalkinq, məcburi evliliyi, məcburi abortu və s. cinayət hesab etməyə dəvət edir.

Xatırladaq ki, Ukrayna 2011-ci ildə onu imzalasa da, Ali Rada İstanbul Konvensiyasını bu yaxınlarda ratifikasiya edib.

 

 

Son xəbərlər
Digər xəbərlər