11 C
Baku
Wednesday, November 27, 2024

Zelenski kriptovalyutaları leqallaşdıran qanun imzalayıb

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə kriptovalyuta bazarını leqallaşdıran virtual aktivlər haqqında qanun imzalayıb.

Banker.az xu barədə Ukraynanın Rəqəmsal İnformasiya Nazirliyi məlumat yayıb.

“Ukrayna kriptovalyuta sektorunu leqallaşdırıb, prezident müvafiq qanun imzalayıb”, – deyə mesajda bildirilib.

Nazirlik qeyd edib ki, artıq xarici və Ukrayna kriptobirjaları qanun şəkildə işləyə biləcək, banklar və şirkətlər orada hesablar aça biləcək. Qanun ukraynalılara öz əmanətlərini virtual aktivlərdə qorumaq məqsədini daşıyır, xüsusən də dövlət bu cür aktivlərə olan hüquqların məhkəmə müdafiəsinə zəmanət verir.

Virtual aktivlər sahəsində siyasəti Milli Qiymətli Kağızlar və Fond Bazarı Komissiyası formalaşdıracaq və həyata keçirəcək. Komissiya həmçinin virtual aktivlərin dövriyyəsi prosedurunu müəyyən edəcək, nəzarət və maliyyə monitorinqini həyata keçirəcək.

Son xəbərlər
Digər xəbərlər