12 C
Baku
Wednesday, December 11, 2024

Zelenski: “Makron “Normand dördlüyü”nü süni tənəffüslə saxlayır

“Normand dördlüyü” formatı komadadır.

Bunu Ukrayna prezidenti Vladimir Zelenski Fransanın “Politique Internationale” jurnalına verdiyi müsahibədə deyib.

“Fransa prezidenti Emmanuel Makron onu süni tənəffüslə saxlayır, lakin proses açıq şəkildə komadadır. Bu prosesin ən yaxşı tərəfi atəşkəsdir ”, – deyə dövlət başçısı əlavə edib.

Qeyd edək ki, 2014-cü ildə Fransanın sabiq Prezidenti Fransua Ollandın təşəbbüsü ilə yaradılan və tərkibində Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin yer aldığı “Normand dördlüyü”nə böyük ümidlər bəslənsə də, bu günədək sözügedən məsələdə hər hansı razılıq əldə edilməyib. 2015-ci ilin fevralında bu format çərçivəsində keçirilən 17 saatlıq müzakirələrdən sonra “Minsk-2” razılaşması əldə edilib. Ötən müddətdə bu razılaşma çərçivəsində onlarla görüş keçirilib, lakin ciddi nəticə olmayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər