Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Rusiya ilə müharibə 2023-cü ildə bitə bilər.
Zelenski bu barədə “Politico”ya müsahibəsində bildirib.
“Mən inanıram ki, ukraynalılar gələn il sülh dövrünün ən nüfuzlu xalqı olacaq”, – Zelenski deyib.
Prezident Ukraynaya kömək edən bütün dövlətlətə təşəkkürünü bildirib.
ABŞ-ın “Politico” nəşri Vladimir Zelenskini “2022-ci ilin ən nüfuzlu avropalısı” adlandırıb.
Daha əvvəl ABŞ-ın məşhur “Taym” jurnalı da Ukrayna prezidenti V.Zelenskini “İlin adamı” elan edib. Onun cəsurluğu və Rusiya işğalına qarşı xalqın müqavimət ruhunu yüksəltmək bacarığı təqdir olunur.