Zelenski müharibənin nə vaxt bitəcəyini açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Rusiya ilə müharibə 2023-cü ildə bitə bilər.

Zelenski bu barədə “Politico”ya müsahibəsində bildirib.

“Mən inanıram ki, ukraynalılar gələn il sülh dövrünün ən nüfuzlu xalqı olacaq”, – Zelenski deyib.

Prezident Ukraynaya kömək edən bütün dövlətlətə təşəkkürünü bildirib.

ABŞ-ın “Politico” nəşri Vladimir Zelenskini “2022-ci ilin ən nüfuzlu avropalısı” adlandırıb.

Daha əvvəl ABŞ-ın məşhur “Taym” jurnalı da Ukrayna prezidenti V.Zelenskini “İlin adamı” elan edib. Onun cəsurluğu və Rusiya işğalına qarşı xalqın müqavimət ruhunu yüksəltmək bacarığı təqdir olunur.

MənbəModern.az
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər