Ukrayna Prezidenti Volodimir Zelenski təkliflərə baxmayaraq, nəyə görə Kiyevi tərk etməməsinin səbəbini açıqlayıb.
O, bu barədə BBC-yə müsahibəsində danışıb.
“Bu, sadəcə qeyri-mümkündür. Prezident olmasaydım, yenə Ukraynada qalardım. Bütün bunları necə tərk edə bilərəm? İndi üzərimdə məsuliyyət olduğu halda, bunu edə bilməzdim”, – Zelenski bildirib.