27 C
Baku
Tuesday, July 23, 2024

Zelenski NATO-nun Vilnüsdə keçiriləcək sammitində iştirak edəcək

“Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Vilnüsdə keçiriləcək sammitində iştirak etməyə razılıq verib”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ramştayn aviabazasında keçiriləcək görüşdən əvvəl bildirib.

O həmçinin qeyd edib ki, Ukraynaya hərbi təyyarələrin tədarükü və mövcud qırıcıların yanacaq, ehtiyat hissələri, texniki xidmət və s. ilə təmin olunması vacib məsələdir.

Xatırladaq ki, NATO-ya üzv ölkələrin növbəti sammitinə iyulun 11-12-də Litvanın paytaxtı Vilnüs ev sahibliyi edəcək.

Son xəbərlər
Digər xəbərlər