“Ukrayna Prezidenti Volodimir Zelenski NTO-nun zirvə görüşünün birinci sessiyasına onlayn formatda qoşulacaq”.
Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müavini İqor Jovkva bildirib.
“Həmin sessiyada NATO-ya üzv 30 dövlətin hər birinin başçısı iştirak edəcək”, – o deyib.
Onun sözlərinə görə, Zelenski gələn həftə “Böyük yeddilik” (G7) ölkələrinin zirvə görüşünə də onlayn formatda qoşulacaq.
Xatırladaq ki, NATO-nun zirvə görüşü iyunun 29-30-da İspaniyanın paytaxtı Madrid şəhərində keçiriləcək. Tədbir çərçivəsində alyansın yeni strateji konsepsiyası təsdiq edilməlidir. Bundan başqa, dövlət başçıları Ukraynaya kompleks dəstək paketini də razılaşdırmağı planlaşdırırlar.