Ukrayna Prezidenti Volodimir Zelenski ilə polşalı həmkarı Andjey Duda arasında telefon danışığı olub.
Bu barədə Zelenski tviterdə yazıb.
Onun sözlərinə görə, telefon danışığı zamanı prezidentlər Ukraynaya beynəlxalq dəstəyin artırılması, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, yenidənqurma işləri və Rusiyanın təcridi ilə bağlı fikir mübadiləsi aparıblar.