Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə qarşı sanksiyalar tətbiq edib, Banker.az bu barədə “Secretmag”a istinadın xəbər verir. Eyni zamanda Ukrayna lideri Rusiyanın 236 universitet və onların rektorlarını sanksiyalar siyahısına daxil edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, daxili işlər naziri Vladimir Kolokoltsev, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də “qara siyahı”ya düşüb.
Sənəddə qeyd edilib ki, sanksiyalar qeyri-müəyyən müddətə tətbiq edilir. Onlar aktivlərin bloklanmasını, ixrac-idxal əməliyyatlarına qadağa baxımından ticarət əməliyyatlarının məhdudlaşdırılmasını, kapitalın Ukraynadan çıxarılmasının qarşısının alınmasını nəzərdə tutur.