Ukrayna Prezidenti Vladimir Zelenski Milad bayramı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinin atəşkəs elan etməsi təklifinə cavab verib.
Bu barədə Zelenski “Telegram” kanalında məlumat verib.
Ukrayna Prezidenti Moskvanın təklifini rədd edib.
Onun sözlərinə görə, Rusiya atəşkəslə yeni işğala yol açır.
“Rusiya Ukraynaya və Avropaya qarşı yeni təcavüz dalğasına hazırlığını gizlədə bilməyəcək”, – deyə Zelenski bildirib.
O, hesab edir ki, Rusiya atəşkəsdən istifadə edərək təmas xəttində mövqeyini möhkəmləndirəcək.