23 C
Baku
Tuesday, April 23, 2024

Zelenski Putinin səfərbərlik elan etməsinin mənasız olduğunu bildirib

“Ruslar uduzduqlarını hiss edib və bu anı gecikdirməyə çalışırlar”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski müraciəti zamanı deyib. 

“Donetsk vilayətində vəziyyət xüsusilə qəlizdir. Biz düşmənin fəallığının qarşısını almaq üçün hər şey edirik. Bir nömrəli məqsədimiz indi oradadır, çünki Donbass hələ də işğalçılar üçün bir nömrəli hədəfdir”, – V.Zelenski bildirib.

Prezidentin sözlərinə görə, müharibə Rusiya üçün açıq-aşkar mənasız olub və onların təşəbbüsü itirməsinə baxmayaraq, rus ordusunun komandanlığı hələ də əsgərləri ölümə sürükləyir.

Rusiyadakı səfərbərliyə toxunan Zelenski bunu sadəcə mənasız adlandırıb.

“Onlar uduzduqlarını hiss edirlər və bu anı gecikdirməyə, heç olmasa cəbhədə müəyyən fəallığı təmin etməyə, ölənlərin yerinə heç olmasa əllərində silah olan birini qoymağa çalışırlar”, – deyə Zelenski vurğulayıb.

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər