27 C
Baku
Saturday, July 27, 2024

“Zelenski Putinlə diplomatik masa arxasına oturmağa hazırdır”

“Prezident Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə diplomatik masa arxasına oturmağa hazırdır”.

Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “RBK Ukraina”ya müsahibəsində deyib.

“Krım məsələsi məhz iki dövlət başçısının görüşündə həll edilməli olan mürəkkəb bir məsələdir. Prezidentimiz danışmağa hazırdır. Amma müstəqilliyimiz, suverenliyimiz və ərazi bütövlüyümüz heç bir halda müzakirə mövzusu deyil”, – o əlavə edib.

Yermak vurğulayıb ki, hazırda əsas vəzifə müharibəni dayandırmaq və rus qoşunlarını müharibəyə qədərki yerlərinə geri qaytarmaqdır.

O bildriib ki, Krım məsələsi siyasi müstəvidə həllini tapmalıdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər