Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla “WhatsApp” messencerində danışdığını bildirib.
Ukrayna Prezidenti Almaniyanın ZDF telekanalına müsahibəsində Qərb ölkələrinin liderləri ilə ünsiyyətini “iPhone diplomatiyası” adlandırıb.
“Mənim Consonla (Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson) həqiqətən də yaxın münasibətim var idi. Conson, Duda (Polşa Prezidenti Andjey Duda), Gitanas (Litva Prezidenti Gitanas Nauseda), bunlar mənim zəng edə bildiklərimdir. Emmanuel Makron həmişə mənə deyir: “Sən mənə “WhatsApp”da zəng elə”, – Zelenski vurğulayıb.
Ukrayna Prezidenti adlarını çəkdiyi dövlət başçıları ilə tez-tez danışdığını da qeyd edib.