10 C
Baku
Wednesday, December 11, 2024

Zelenski qadınların könüllü hərbi qeydiyyata alınması haqqında qanun imzalayıb

Ukrayna prezidenti Volodimir Zelenski qadınların könüllülük əsasında hərbi xidmətdə qeydiyyata alınması haqqında qanunu imzalayıb.

Müvafiq sənəd Ali Radanın saytında dərc olunub.

Oktyabrın 7-də Ukrayna parlamenti qadınların peşəsi hərbi ixtisasa bənzədiyi halda, yaşı və sağlamlıq vəziyyəti buna imkan verərsə, onların könüllü şəkildə hərbi qeydiyyata alınması haqqında qanun qəbul edib.

Daha əvvəl RİA Novosti Ukraynanın “Suspilne” nəşrinə istinadən xəbər vermişdi ki, oktyabrın 1-dən Ukraynanın müəyyən peşələrə malik vətəndaşları hərbi xidmət üçün qeydiyyatdan keçməli, bundan sonra isə ölkədən çıxışlarına qadağa qoyulmalı idi.

Məlumatda bildirilir ki, qeydiyyata alınmalı olan peşələrin siyahısına 14 ixtisas daxildir. Ehtimal olunurdu ki, hərbi qeydiyyatda olan qadınlar da kişilərlə eyni məhdudiyyətlərə məruz qalacaqlar. Hərbi vəziyyət dövründə onların xaricə getməsinə icazə verilmir.

Son xəbərlər
Digər xəbərlər