“Ukrayna Rusiya ilə münaqişənin dondurulmasına qarşıdır”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski WSJ-nin CEO Council Summit-ində (Rəhbərlər Məclisi görüşündə) nitqində bildirib.
Müharibədəki atəşkəs ehtimalına toxunan dövlət başçısı deyib: “Bu, Rusiya ordusunun hazırda olduğu yerdə qalması demək deyil. Bu, münaqişənin dondurulmasıdır, biz buna getməyəcəyik”.
Ukrayna liderinin qənaətincə, Rusiya tərəfi atəşkəsə maraq göstərmir: “Prezident Putinlə görüşümüz olarsa, bəlkə şəxsən razılığa gələ bilərik. O, atəşkəslə bağlı öhdəlik götürməlidir, həm də ictimaiyyət qarşısında, o zaman biz buna inanarıq. Əvvəlcə müharibəni dayandırmaq üçün müvafiq addımlar atılmalıdır, diplomatiya sonra işə düşər”.